Pişiklər haqqında bunları BİLİRDİNİZ? 

MARAQLI
20:19 / 30.01.2024
884

Pişiklərin dünyanın ən sevimli heyvanlarından biridir.

İnsanların da ən çox sahibləndiyi heyvanların başında məhz pişik gəlir. Dünyada üzrə bütün sosial şəbəkələrdə ən çox izlənilən videoların da əksəriyyətinin pişik videoları olduğu yaxın zamanda aparılan bir araşdırma zamanı ortaya çıxdı. Yəni dünyanın hər yerində pişiklər çox sevilir.

Bəs pişiklər haqqında nələri bilirik?

Hit.az pişiklər haqqında ən maraqlı 10 məlumatı təqdim edir:

1. Pişiklər bığlarından çox fərqli məqsədlər üçün istifadə edirlər. Bu, nə gözəllik, nə də tarazlıq üçündür. Bığ sadəcə olaraq, pişiyin bir yerə girə biləcəyini ölçmək üçün vasitədir. 
2. Pişiklər yatmağı çox sevir. Hətta orta hesabla ömrü 15 il olan bir pişik həyatının təxminən 126 ayını yataraq keçirir. 
3. Sağlam və yetkin pişiyin ağzında 30 diş olur. 
4. Yəqin ki, pişiklər haqqında ən çox araşdırılan məqam budur: Pişiklər hündürlükdən yıxılanda tarazlıq mexanizmi sayəsində dördayaq üstə yerə düşür.
5. Onların eşitmə qabiliyyəti olduqca yüksəkdir. Pişiklərin qulaqlarında 20-yə yaxın əzələ var və onlar qulağın səsləri daha yaxşı qəbul etməsinə şərait yaradırlar. 
6. Pişiklər insanlara və əşyalara sürtünməklə öz məkanını və nəsnələrini təyin edirlər.
7. Pişiklərin burun izləri insanın barmaq izlərinə bərabərdir və hər biri fərqlidir.
8. Sizcə, bir pişik neçə bala dünyaya gətirə bilər? Nə qədər inanılmaz kimi görünsə də, "Dusti" adlı pişik 420 bala ilə ən çox doğum edən pişik kimi rekord qırıb. 
9. Maraqlıdır ki, pişiklərin qollarında tər vəziləri yoxdur. Onlar yalnız pəncələrindən tərləyirlər.
10. Sağlam pişiyin qabaqda beş, arxa ayaqlarında isə dörd barmağı olur. 

Pərviz

0