Bağırsaq xərçəngindən qorumağın 5 YOLU

23:50 / 30.01.2024
511

Son illərdə xərçəng xəstəliyinə tutulanların sayı getdikcə artmaqdadır.

Hit.az bildirir ki, tibb dünyası xərçəngin bütün növü ilə mübarizə aparmaq üçün uzun müddətdir çalışır. Ancaq buna sadəcə dərmanlar və iynələrlə qalib gəlmək olmur. İnsanların həyat tərzlərini də düzəltməsi olduqca mühümdür. 

Təəssüf ki, xərçəngin ən çox yayılan növlərindən biri də bağırsaq xərçəngidir. Lakin həkimlər bağırsaq xərçəngindən qorumaq üçün 5 məsləhət veriblər.

Hit.az sözügedən məsləhətləri təqdim edir:

1. Siqaret 

Bağırsaq xərçənginə yoluxmamaq üçün ilk növbədə siqaretdən uzaq durmaq lazımdır. Çox əfsuslar olsun ki, siqaret çəkənlərin bağırsaqlarında kiçik toxumaların meydana gəldiyi ortaya çıxıb. Əgər siqaret çəkirsinizsə, bir an öncə tərgitməyiniz tövsiyə olunur. Bu, sizin həyatınız üçün çox vacibdir. 

2. Alkoqollu içkilər

Təbii ki, insanın ən böyük düşmənlərin biri də alkoqollu içkilərdir. Onlar, insanların həyatını bütün mənada məhv edir. Aparılan son araşdırmalar nəticəsində o da məlum olub ki, alkoqollu içki içən şəxslərin xərçəngə yoluxma riski kifayət qədər çoxdur. Bu səbəbdən də belə zərərli vərdişdən tez zamanda xilas olmağınız məsləhətdir. 

3. Normal qidalanma 

Liflə zəngin qidaların qəbulu bağırsaq xərçənginin alt qrupu olan kolon xərçənginin inkişaf riskini azaltdığı ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə, bağırsaqlarınızı sağlam və nizamlı saxlamaq üçün yulaf, noxud, lobya, meyvə, arpa, gül kələm və qoz-fındıq kimi qidalardan gündə 30 qram lif almağı hədəfləyə bilərsiniz.

4. Həddindən artıq ət yemək

Həddindən artıq bişirilən və isidilən ət yemək də xərçəng riskini artırır. Ona görə mümkün olduqca çox ət yeməkdən uzaq durun. Bayaq da qeyd etdiyimiz kimi lifli qidalara üstünlük verməyiniz daha faydalıdır.

5. Çəkinizə nəzarət edin

Həkimlər bağırsaq xərçəngi ilə piylənmə arasında da əlaqə olduğunu düşünürlər. Belə ki, artıq bədən yağının əlavə böyümə hormonları ifraz edə və hüceyrələrinizdə iltihaba səbəb ola biləcəyi məlum olub. Ona görə də çəkinizə nəzarət edərək bu xəstəliyə yoluxma riskini azalda bilərsiniz. 

Pərviz

0