Yuxu ilə bağlı maraqlı MARAQLI FAKTLAR

MARAQLI
17:07 / 05.07.2024
1167

Yatmaq bütün canlıların əsas təbii ehtiyaclarından biridir.

Hit.az bildirir ki, bütün canlılar mütləq şəkildə günün müəyyən hissəsini yatmaqla keçirir. 

Yatdığımız zaman isə yuxu görürük. Bu yuxular müxtəlif ola bilir. İnsanların bir hissəsi oyandıqdan sonra yuxularını xatırlasa da, bəzi şəxslər gecə gördüyü yuxuları xatırlamırlar.

Bu gün sizə insanlar və heyvanlara dair yuxularla bağlı maraqlı faktları diqqətinizə çatdırırıq:

İnsanlar:

1. Havanın işıqlı və qaranlıq olması bədənimizə yatmaq vaxtını bilməyə kömək edir. Məhz bu səbəbdən insanın gecəyə doğru yuxusu gəlməyə başlayır.
2. Yatmadan yarım saat əvvəlcədən telefon, kompüter və ya televizora baxmamaq tövsiyə olunur. Bu, sizə daha keyfiyyətli yuxu yatmağa kömək edə edəcək.
3. Gün ərzində yorğun olmamaq üçün gündüz vaxtı 20-30 dəqiqə yata bilərsiniz. 
4. Harvard Universitetində aparılan bir araşdırma zamanı məlum olub ki, çox yatmaq diqqətini toplamaq qabiliyyətinə mənfi təsir göstərir. 
5. Maraqlı bir faktla davam edirik. Deməli, insanların əksəriyyətinin yorğunluq səviyyəsinin hər gün 14:00 radələrində pik həddə çatdığı məlum olub. Məhz bu səbəbdən bir çox insanın günorta yeməyini yedikdən sonra yuxusu gəlir. 
6. Dünyada insanların 15 faizinin yuxuda gəzdiyi düşünülür.
7. Yuxuya getmək üçün ideal vaxt 10-20 dəqiqədi hesab olunur. Bu müddətdən tez yatmaq həddindən artıq yuxulu olduğunuzu göstərir. 
8. Nə qədər qəribə görünsə də, yuxusuzluq aclıqdan daha çox canlıları öldürür.

Heyvanlar:
1. Fillər digər heyvanlarla müqayisədə daha daha az yatır.
2. Dünyanın ən çox yatan heyvanı isə təxminən günün 18-22 saatını yuxuda keçirən koaladır.
3. Qəribə bir faktı diqqətinizə çatdıraq. Deməli, aparılan bir araşdırma zamanı pələnglərin balalarının və körpə uşaqların gün ərzində yatdığı müddətin təxminən eyni olduğu üzə çıxıb. 
4. Bir pişik həyatının təxminən üçdə ikisi yuxuda keçir.
5. Zürafənin gündə cəmi 1,9 saat, qəhvəyi yarasanın isə 19,9 saat yuxuya ehtiyacı var.

Pərviz

0