Bu gün tarixin vərəqlərində 2 iyundayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günüdür.
Bu gün bir sıra mühüm hadisələr baş verib. Həmçinin, bir çox görkəmli şəxsin doğum və vəfat tarixi məhz 2 iyuna təsadüf edir. Beləliklə, tarixin 2 iyuna nəzər salırıq...
2 iyunda baş verənlər:
1935-ci ildə Türkiyədə ilk dəfə bazar gününün rəsmən istirahət günü olmasına qərar verilib. 1946-cı ildə İtaliyada monarxiya ləğv edilib. 1953-cü ildə Böyük Britaniya kraliçası II Elizabetin tacqoyma mərasimi keçirilib. 1979-cu ildə Roma papası II İohann Pavel ilk rəsmi səfərini vətəni Polşaya edib və kommunist ölkəsinə səfər edən ilk Roma papası olub.
2 iyunda doğulanlar:
1975-ci ildə Milli Qəhrəman, şəhid Novruz Qurbanov, 1949-cu ildə şair Məcnun Göyçəli, 1985-ci ildə isə aktyor Ənvər Abbasov və müğənni Məryəm Şabanova dünyaya gəlib.
Həmçinin, 1731-ci ildə ABŞ-nin sabiq birinci xanımı Marta Vaşinqton, 1835-ci ildə Roma papası X Piy, 1840-cı ildə ingilis yazıçı Tomas Hardi, 1974-cü ildə amerikalı şahmatçı Qata Kamski, 1978-ci ildə ingilis aktyor Dominik Kuper, 1979-cu ildə italiyalı rejissor və ssenarist Davide Minnella və 1981-ci ildə alban futbolçu Admir Teli doğulub.
2 iyunda vəfat edənlər:
1979-cu ildə Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Seyidzadə, 1986-cı ildə Xalq artisti, aktyor Aydın Şahsuvarov, 1995-ci ildə Xeyransa Məmmədova və 2013-cü ildə Xalq rəssamı Toğrul Nərimanbəyov dünyasını dəyişib.
Həmçinin, 1970-cı ildə türk yazıçı Orxan Kamal,1982-ci ildə Pakistanın 5-ci prezidenti Fəzəl İlahi Çaudhri, 1988-ci ildə hindistanlı aktyor və kinorejissor Rac Kapur, 2004-cü ildə bolqarıstanlı opera müğənnisi Nikolay Qayaurov və 2008-ci ildə yapon futbolçu və baş məşqçi Ken Naqanuma vəfat edib.
Pərviz


