Okeanın dibində qaranlıq bir aləm mövcuddur.
Orada müxtəlif növ balıqlar yaşayır. Bu sirli almədə yaşayanlardan biri də fənərli balığı, digər adla isə dəniz şeytanıdır. Bu balıq nəhəng ağzı və yastı bədəni ilə seçilir.
Başındaki işıq çıxıntısı isə görünüşünü fərqləndirən və maraqlı edən əsas hissələrdən biridir. İşığa yaxınlaşan kiçik balıqlar qorxunc görünüşlü yırtıcının qidasına çevirilir. Yemək üçün əhəmiyyətlidir, sümüksüz ağ ətlidir.
Hit.az maksimal çəkisi 57,7 kq-a çatan bu yırtıcı haqqında maraqlı məlumatlar təqdim edir:
1. Yalnız dişi fənər balıqlarında "fənər" olur
2. Bu fənər öz işığını yaratmır; içində yaşayan bakteriyalar vasitəsilə işıq saçır.
3. Ağzı bədəninə nisbətən çox böyükdür.
4. Dişiləri erkəkdən dəfələrlə böyük olur.
5. Bəzi erkək fənər balıqları dişidən 10-20 dəfə kiçik olur.
6. Erkək dəniz şeytanı çox vaxt özləri qidalanmadan dişiyə parazit kimi bağlanıb yaşayır.
7. Beyinləri kiçik olsa da, ovlanma instinkti çox güclüdür.
8. Başlarındaki "fənər" əslində dəyişmiş bir onurğadır.
9. Qaranlıqda yaşadıqları üçün rəngli görə bilmirlər.
10. Dişi tapmağı bacarmadıqda özləri dişiyə çevrilə bilir.
Arzu İbrəhimova


