Dəniz kruizləri bahalı turizm növlərindən biri olsa da, hər il daha populyarlaşır.
HİT.az xəbər verir ki, “Business Insider” üçün yazan jurnalist Amanda Adler kruiz gəmilərində tez-tez edilən, lakin onun fikrincə, pul itkisindən başqa bir şey olmayan əlavə xərcləri açıqlayıb.
“İllər ərzində 50-dən çox kruizdə olmuşam və bu mənə hansı xərclərin dəyərli, hansının isə lazımsız olduğunu aydın göstərdi. Mən spa xidmətlərinə, bəzi xüsusi kokteyllərə və dənizdəki yüksək səviyyəli restoranlara pul xərcləməkdə tərəddüd etmirəm. Amma elə əlavə xidmətlər var ki, onlar demək olar ki, heç vaxt özünü doğrultmur”, deyə o bildirib.
Kruiz zamanı pul xərcləməmək tövsiyə olunan xidmətlər?
Balkonlu kabinə
Müəllifin sözlərinə görə, balkonlu kabinələr çox vaxt əlavə xərcə dəymir. Balkon sahəsi adətən kiçik olur, üstəlik səhər günəşi, səs-küy və ya qonşu balkonlardan gələn qoxular komfortu azalda bilər.
Limitsiz içki paketi
Adler bildirir ki, limitsiz içki paketləri çox vaxt sərfəli olmur. Hətta aktiv istifadə zamanı belə, “özünü ödəmə nöqtəsinə” çatmaq çətindir və ümumi xərc gözləniləndən çox olur.
“Əvvəlcədən ödənilən içki paketlərinin cazibəsini başa düşürəm, amma hesabladıqda görürəm ki, çox vaxt bu, düşündüyümdən daha az sərfəlidir”, deyə o qeyd edib.
Brend suvenir qabları
Kruiz gəmilərində satılan markalı fincan və şüşə qablar adətən evdə istifadə olunmur və sadəcə boş yer tutur.
Butulka su
Gəmidə butulka su almaq xərcləri artırır. Bunun əvəzinə çoxistifadəli şüşədən istifadə edib filtrli su doldurma məntəqələrindən yararlanmaq tövsiyə olunur.
Bar yeməkləri
Barlarda satılan qəlyanaltılar keyfiyyət baxımından çox üstün deyil, amma əlavə pul tələb edir. Əsas yeməklərin əksəriyyəti isə kruizin qiymətinə daxildir.
Bahalı alış-verişlər
Zərgərlik və lüks saat kimi impulsiv alışlar tövsiyə edilmir, çünki səyahət şəraitində qiymətləri düzgün qiymətləndirmək çətin olur.
Duty-free alkoqol və ətirlər
Gəmidəki duty-free məhsullar hər zaman sərfəli olmur və çox vaxt onları quruda endirimlə daha ucuz almaq mümkündür.
Fotoqraf xidmətləri
Ödənişli gəmi fotoqrafları adətən səyahətin real atmosferini yaxşı əks etdirmir. Öz telefonla çəkilən şəkillər daha sərfəli sayılır.
İnternet
Jurnalist sonda qeyd edir ki, internet paketini yalnız zərurət olduqda alır, çünki bəzən əlaqəsizlik səyahətin üstünlüyünə çevrilə bilər.
Samir


