Bu gün tarixin vərəqlərində 17 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün bir çox tarixi hadisə ilə yadda qalıb.
17 iyul ABŞ-də Milli Dondurma Günü, Cənubi Koreyada Konstitusiya Günü, Slovakiyada isə Müstəqillik Günüdür. Bundan başqa, 17 iyul bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü də 17 iyula təsadüf edir. Beləliklə, tarixin 17 iyuluna nəzər salırıq.
17 iyulda baş verənlər:
1916-cı ildə Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1942-ci ildə tarixdə ən qanlı döyüş olan “Stalinqrad döyüşü” başlayıb. 1976-cı ildə XXI Yay Olimpiya Oyunları Monrealda keçirilib. 1989-cu ildə “B-2 Spirit” ilk uçuşunu edib. 1994-cü ildə Braziliya milli futbol komandası Dünya Kubokunu qazanıb. 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing-777” təyyarəsi qəzaya uğrayıb.
17 iyulda doğulanlar:
1487-ci ildə Səfəvi şahı I İsmayıl, 1953-cü ildə Xalq artisti, aktyor Telman Adıgözəlov, 1963-cü ildə Əməkdar artist, müğənni Mətanət İsgəndərli və 1968-ci ildə müğənni Elçin Cəlilov doğulub.
Həmçinin, 1744-cü ildə ABŞ-nin 5-ci vitse-prezident Elbric Cerri, 1888-ci ildə macarıstanlı yazıçı Milan Füşt, 1917-ci ildə Türkiyənin 7-ci prezidenti Kənan Evrən, 1944-cü ildə braziliyalı futbolçu və baş məşqçi Karlos Alberto Torres, 1954-cü ildə Almaniyanın sabiq kansleri Angela Merkel, 1960-cı ildə honkonqlu aktyor Robin Şu, 1964-cü ildə fransız fotoqrafı Erik Lafforq və 1994-cü ildə fransız futbolçusu Benjamin Mendi dünyaya gəlib.
17 iyulda vəfat edənlər:
1958-ci ildə general-mayor Cahangir bəy Novruzov və 2001-ci ildə tarixçi, professor Sara Aşurbəyli dünyasını dəyişib.
Dünyada isə 1588-ci ildə Osmanlı memarı Memar Sinan, 1762-ci ildə rus imperatoru III Pyotr, 1852-ci ildə italyanlı dramaturq Salvador Kammarano, 1903-cü ildə amerikalı rəssam Ceyms Vistler, 1928-ci ildə İtalyanın baş nazir Covanni Colitti, 1961-ci ildə rus yazıçısı Olqa Forş və 1975-ci ildə gürcüstanlı yazıçı Konstantin Qamsaxurdiya vəfat edib.
Pərviz

