Bu gün tarixin vərəqlərində 3 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra mühüm tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 3 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Nigerdə Müstəqillik Günü, Venesuelada isə Bayraq Günüdür. Beləliklə, tarixin 3 avqustuna nəzər salırıq.
3 avqustda baş verənlər:
1999-cu ildə Azərbaycan və Myanma arasında diplomatik əlaqələr qurulub. 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Rafiq Hüseynov bürünc medal qazanıb. 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri “Qisas” əməliyyatı keçirib.
Həmçinin, 1778-ci ildə Milanda La Skala opera teatrının binası açılıb. 1795-ci ildə Paris Konservatoriyası yaradılıb. 1908-ci ildə Filadelfiyada metro açılıb. 1914-cü ildə Almaniya Fransaya müharibə elan edib. 1932-ci ildə İtaliya lideri Benito Mussolini pasifizmə qarşı mübarizə elan edib. 1960-cı ildə Niger Fransadan müstəqillik qazanıb.
3 avqustda doğulanlar:
1997-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev doğulub. Həmçinin, 1933-cü ildə dirijor Ləman Atakişiyeva, 1971-ci ildə psixoloq Dəyanət Rzayev, 1980-ci ildə futbolçu və baş məşqçi Elmar Baxşiyev, 1996-cı ildə şahmatçı Ülviyyə Fətəliyeva dünyaya gəlib.
Dünyada isə 1867-ci ildə Böyük Britaniyanın 59-cu baş naziri Stenli Boldvin, 1872-ci ildə Norveç kralı VII Haakon, 1903-cü ildə Türkiyənin 6-cı prezidenti Fəxri Qorutürk, 1936-cı ildə finlandiyalı və isveçli yazıçı Gösta Agren, 1951-ci ildə alman alim və kosmonavt Hans Şlegel, 1970-ci ildə rus pilot Oleq Peşkov və 1991-ci ildə braziliyalı cüdoçu Mayra Aqiyar doğulub.
3 avqustda vəfat edənlər:
1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı, baş çavuş Qəzənfər Əkbərov və 2010-cu ildə filosof, akademik Fuad Qasımzadə dünyasını dəyişib.
Həmçinin, 1898-ci ildə alman iqtisadçı Karl Knis, 1933-cü ildə xorvat yazıçı Dinko Şimunoviç, 1954-cü ildə fransız yazıçı Kolett, 1965-ci ildə gürcü şair İosif Qrişaşvili, 1994-cü ildə rus aktyor İnnokenti Smoktunovski, 2004-cü ildə fransız fotoqraf Anri Kartye-Bresson və 2008-ci ildə rus yazıçı Aleksandr Soljenitsın vəfat edib.
Pərviz

