Cəbrayıl-Füzuli istiqamətində düşmən geri çəkilməyə məcbur edildi

15:05 / 02.10.2020
1595

Azərbaycan Ordusu düşmənə zərbələr endirməkdə davam edir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, ordumuz torpaqlarımızı işğaldan azad edir və yüksək döyüş ruhuna malikdir: "Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Strateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun bariz nümunəsidir”.

0