Rəşad Sadıqovdan Orduya 50 minlik yardım

ÖLKƏ
19:32 / 04.10.2020
716

Azərbaycan Premyer Liqasının lideri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

38 yaşlı mütəxəssis fonda 50 min manat köçürüb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

0