Bakıda avtobus qəzası - FOTO

09:15 / 05.10.2020
680

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hit.Az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. Belə ki, 79 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yağışlı hava şəraitində yol sürüşkən olduğundan idarəetmədən çıxıb.

Nəticədə avtobus yoldan çıxaraq dərəyə aşıb. Daha sonra istinad divarına çırpılıb. Avtobusda olan sərnişinlər təxliyə edilib. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

2