Vilayət Eyvazov Kamran Əliyevə yeni VƏZİFƏ VERDİ

12:25 / 16.10.2020
1216

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

HİT.Az APA-ya istinadla bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

K. Əliyev APA-ya açıqlamasında faktı təsdiqləyib.

 

0