“Hərbi əməliyyatlar meydanından uzaqda olan Azərbaycanın möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsi hədəfinə çevrildi. Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb. Çox güman ki, Səddam Hüseyn “Skad”larından istifadə edilib. Ermənistanın ağılsızlığı sərhəd tanımır”.
HİT.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz "Twitter" hesabında bildirib.
Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri hadisə yerindən fotolar da paylaşıb.