Bakıda sex yandı

ÖLKƏ
17:29 / 10.02.2021
1274

Bakıda sexdə yanğın baş verib.

HİT.Az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən istehsalat sexinin elektrik sistemində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa vaxtda söndürülüb.

0