Bəxtiyar Məmmədov: “Zərurət olmadıqca metrodan istifadə etməyin”

ÖLKƏ
18:20 / 28.05.2021
497
Gün ərzində ehtiyat qatarların xəttə buraxılması mümkündür. HİT.az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, hazırda "Bakı Metropoliteni”nin texniki cəhətdən heç bir problemi yoxdur: "Ehtiyat qatarların xəttə buraxılması qrafik əsasında tənzimlənəcək. Bunu bildirməkdə məqsədimiz metronun ehtiyat qatarlar barədə heç bir çətinliyinin olmamasıdır. Lakin sərnişinlərə müraciət edirik ki, zərurət olmadıqca metropolitendən istifadəyə üstünlük verməsinlər. Xüsusilə günün pik saatlarında işə tələsən vətəndaşları nəzərə alaraq sıxlıq olan vaqonlara minməmələri tövsiyə edilir”.
1