"Hesab edirəm ki, bu proses davamlı xarakter daşıyacaq”.
HİT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Xocalının Fərrux kəndinin Azərbaycan ordusunun nəzarətinə keçməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Xocalının Azərbaycanın olmasına kimsənin şübhəsi olmayıb:
"Xocalı, Xankəndi, Xocavənd, Ağdərə də Azərbaycanındır. Sadəcə, bu proseslərin məntiqi sonluğuna çatdırılması üçün müəyyən ərazidə sülhməramlıların məsuliyyətsiz davranışları nəticəsində biz hələ də Xocalının rayon mərkəzinə kimi gedib çıxa bilməmişik.
Görünən odur ki, artıq Azərbaycan ordusu Xocalıya aid ərazilərin, o cümlədən Pirlər, Fərrux kəndi, kəndin yaxınlığında yerləşən yüksəkliyində yerləşməyə başlayıb”.
Ədalət Verdiyev hesab edir ki, Xocalının Azərbaycan üçün xüsusu əhəmiyyət daşıması, həmçinin Fərrux yüksəkliyinin Xocalı, Əsgəran və Xankəndinə gedən yolların üzərində yerləşib onların nəzarətdə saxlaması səbəbindən Azərbaycan ordusunun məhz yeni yerdəyişmələri bu istiqamətlərdə həyata keçirdiyi də şübhə doğurmur.