Dəhşətli qəzada ölən sürücü məşqçi imiş

ÖLKƏ
13:25 / 02.07.2022
1071

Göygöldə baş verən ağır qəzada vəfat edən sürücü məşqçi olub.

HİT.az Unikal.org-a istinadən xəbər verir ki, ölən sürücü, 1997-ci il təvəllüdlü Orxan Hümbətov cüdo üzrə məşqçi olub.

Qeyd edək ki ötən gün gecə saatlarında Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində “VAZ-2107” ilə “DAF” markalı yük maşının toqquşması zamanı 1 uşaq olmaqla 6 nəfər ölüb.

0