10:34 / 28.07.2022
334

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyaya getdi - FOTO

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.

0