ÖLKƏ
11:20 / 20.11.2022
270

“QƏHRƏMANLIQ ELEGİYASI” klipin təqdimatı oldu - FOTOLAR

Noyabrın 16-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə, bəstəkar Lalə Şirinin 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər Qələbəmizlə tarix yazan qəhrəmanlara həsr olunmuş “QƏHRƏMANLIQ ELEGİYASI” klipin təqdimat gecəsi keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

 Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid anası Ceyran Həsənova açıb. O, qonaqları salamlayaraq təqdimatın mahiyyəti haqqında ətraflı məlumat verib.

Sonra klip nümayiş olunub. Aparıcı Əminəxatun Tərlan, tədbir iştirakçıları ekran əsərini göz yaşları və alqışlarla qarşılayıb.
Tədbirdə Şəhid anaları, elm və mədəniyyət, qələm adamları, klipin yaradıcı heyəti iştirak edib. Onlar Zəfərimizin tarixindən, nümayiş olunan klipdən danışıb.

Tədbirin musiqili qonaqları olan Şəhid və qazi övladlarından ibarət “Əmanət” xor kollektivi, Nizami Quliyev və Polad Quliyevin vətənpərvər ruhlu ifaları isə tədbirə xüsusi gözəllik qatıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər Qələbəmizlə tarix yazan qəhrəmanlara həsr olunmuş “QƏHRƏMANLIQ ELEGİYASI” klipin müəllifi Lalə Şirin, rejissor və montajçı Teymur Bayramov, rejissor köməkçisi Gülnar Seyidli, operator Rüfət Yaqubov, aranjiman Emil Murad, geyim üzrə rəssam Aysel Məmmədova, qrim Aybəniz Ghorbani, saç ustası Gülbəniz Cabbarova, aksesuar Səbinə Cəfərovaya məxsusdur.

0