Koronavirusun profilaktikasına dair Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan yeni tələblər açıqlanıb. Qızdırması olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmayacaq.
Sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda COVID-19 infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
YENİ QAYDALARA ƏSASƏN üzgüçülük hovuzları və akvaparkların girişləri termometriya ilə təmin edilməli, Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıDIR. Fiziki məsafənin qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafə 4 , ailə üzvləri istisna olmaqla insanlar arasındakı məsafə isə 2 m olmalı dır. Sanitar məişət otaqlarının sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması, dezinfeksiyanın tezliyinin artırılması təmin olunmalıdır. Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması,vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi,təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmini,hovuz və akvaparkların əraziləri əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməlidir.Qeyd olunan sahədə çalışan əməkdaşlar tibbi maska və əlcəklərlə təmin olunmalı ,istifadə edilmiş maskaların atılması üçün ayrıca qapalı torbaların qoyululmalı və bu tullantıların müvafiq qaydada məhv edilməlidir.Həmçinin növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrini təmin etmək tələb olunur.Qapalı zalların və otaqların mütəmadi havalandırılması, işçi heyətin davamlı olaraq infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirilməsi vacibdir.Tullantıları vaxtında kənarlaşdırılmaq həmçinin, tullantı qablarını təmiz saxlamaq lazımdır.Vətəndaşlardan isə səhhətində yaranan problemləri COVID-19-a spesifik olan qızdırma, quru öskürək, nəfəs darlığı, ishal kimi simptomları tibb məntəqəsinin əməkdaşlarına bildirmək tələb olunur.