Nazirliyin yeni Aparat rəhbəri kimin qardaşıdır? - FOTO

19:18 / 24.05.2023
1429

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinə Aparat rəhbəri təyin olunub. Bu vəzifə Mətin Kərimliyə həvalə edilib.

HİT.az-ın məlumatına görə, yeni Aparat rəhbəri sabiq kənd təsərrüfatı nazir, Ali Məhkəmənin sədri İnam Kərimovun qardaşıdır.

qaynarinfo.az

Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

İngilis, fransız, rus və ispan dillərini bilir.

Evlidir, 3 övladı var.

0