Qəzalı binaların aqibəti necə olacaq? - Əli Əsədov müşavirə keçirdi

19:55 / 25.05.2023
238

Mayın 25-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə "Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə HİT.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilmişdir.

0