"BakuBus" avtobusunu daşladılar

ÖLKƏ
15:48 / 30.05.2023
465

Bakının Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.

HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Kənar Dairəvi yol 8-in qarşısında naməlum şəxs “BakuBus” MMC-yə məxsus olan və 211 saylı xətt üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusun şüşəsini daşla sındırıb.

Daha sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb. Xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edilib.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0