Broyler şirkəti ilə “Azərişıq” arasında məhkəmə çəkişməsi

ÖLKƏ
19:30 / 30.05.2023
458

“Göyçay Broyler” MMC ilə “Azərişıq” ASC arasında məhkəmə çəkişməsi başlayır.
 
Hit.az xəbər verir ki, iş üzrə “Göyçay Broyler” MMC iddiaçı, “Azərişıq” ASC isə cavabdeh qismində çıxış edir. 

Açıq mənbələrdə işin mahiyyəti barədə məlumat yoxdur. İddialara görə, məhkəmə çəkişməsinin səbəbi “Azərişıq”ın öhdəliklərə əməl etməməsi ilə bağlıdır. 
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.  

Anar

0