Daxili Qoşunların hərbi qulluqçusu vəfat etdi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
Bu barədə HİT.az-a DİN-dən məlumat verilib.
O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.