Cəlilabadda əkin sahəsində traktor aşdı: Xəsarət alan var

ÖLKƏ
23:10 / 30.05.2023
465

Cəlilabad rayonunda əkin sahəsində traktor aşıb.

“Report”un məlumatına görə, hadisə rayonun Məmmədrzalı kəndində, əkin sahəsində baş verib.

Belə ki, əkin sahəsində iş görülərkən kənd sakini, 1978-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi traktoru aşırıb.
Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

0