Bu rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırıldı

ÖLKƏ
23:35 / 30.05.2023
422

Şəmkirdə küləkli hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisi verilməsində fasilələr yaranıb.

Axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək və yağıntılı hava şəraiti müşahidə olunur.

Güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi küçə və prospektində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir rayonlarında həmçinin Gəncə şəhərində küləkli və yağıntılı hava şəraiti davam edir./Report

0