Azərbaycanda bu çaylardan sel keçə bilər
Sel keçməsi ehtimal olunan çayların adı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
"Əsasən Balakən, Şəki, Oğuz, Qəbələ, eyni zamanda Goranboy, Daşkəsən, Göygöl ərazisindən axan çaylardan qısamüddətli sel keçəcəyi gözlənilir", - o bildirib.