Orta məktəblərdə dərslər saat 7-də başlaya bilərmi? - Ekspert

ÖLKƏ
17:20 / 31.05.2023
288

“Azərbaycanda orta məktəblərdə dərslərin saat 7:00-da başlaması qeyri-mümkündir”.

Bunu HİT.az-a təhsil eksperti Məzahir Məmmədli orta məktəblərdə dərslərin saat 07:00-da başlaması ilə bağlı edilən təklifdən danışarkən deyib.

Ekspert valideynlərin buna hazır olmadığını bildirib:

“Bu təklif nə təhsil işçiləri, nə də təhsil alanlar tərəfindən razılıqla qarşılanmayıb. Bunun üçün şagird yuxudan saat 5:00 və ya 6:00-dan oyanmalıdır. Nəzərə alsaq ki, nəqliyyatın hərəkəti yalnız 6:00-dan sonra başlayır, onda mənzərə bir qədər də aydınlaşır. Uzaq məsafədə olanlar bir az da tez çıxmalıdır evdən”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov yeni tədris ilində dərslərin saat 07:00-da başlaması ilə bağlı təklif səsləndirib. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.

Azra

0