Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşdü - FOTO

ÖLKƏ
10:46 / 01.06.2023
505

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

HİT.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

0