Son günlər Azərbaycanda yayılan xəstəlik nədir?

ÖLKƏ
16:27 / 06.06.2023
400

“Hazırda ölkədə soyuqdəymə, yəni respirator xəstəliklərinin yayılması davam edir”.

Bunu HİT.az-a açıqlamasında professor Adil Qeybulla son günlər Azərbaycanda geniş yayılan qrip virusundan danışarkən deyib. 

Professor bildirib ki, pandemiya başa çatıb və onun yenidən alovlanması proqnozlaşdırılımır:

“Dünya Səhiyyə Təşkilatı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin rəyini nəzərə alaraq pandemiyanın bitməsi haqında rəy verib. Amma mutasiya prosesi davam edir, yoluxma halları və koronaviruslu xəstələrimiz də var. Yanaşı xəstəlikləri və immun sistemi zəif olanlarda buna  təsadüf edilir".

Adil Qeybulla ilin bütün fəsillərində soyuqdəymə xəstəliklərinin olduğunu vurğulayıb.

Azra

0