Saxlanıldığı deyilən Ziyafət Abbasova xəstəxanada imiş

10:12 / 07.06.2023
443

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Z.Abbasovanın dünən Cəmil Həsənlinin kitab təqdimatında iştirak etmək üçün evdən çıxdığı və daha sonra ondan xəbər alınmadığı bildirilib. Z.Abbasovanın saxlanıldığı ilə bağlı iddialar da səsləndirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Ziyafət Abbasovanın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır: “Vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.

0