Orxan Fikrətoğlu istefa verdi

16:45 / 09.06.2023
304

Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu işdən çıxıb.

Bu barədə Lent.az-a O.Fikrətoğlu özü məlumat verib.

O qeyd edib ki, bir aya yaxındır Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən gedib:

"Hazırda Mədəniyyət Nazirliyində müşavir işləyirəm".  

Dövlət Turizm Agentliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, O.Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.

Onun yerinə hələlik təyinat yoxdur. 

Qeyd edək ki, 2022-ci ildə Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmış, onun yerinə Orxan Fikrət oğlu Sadıqov təyin olunmuşdu.

 

1