Siqaret çəkən qadınların sayı artır - Fəsadları nədir?

ÖLKƏ
17:15 / 24.11.2023
392

Son zamanlar qadınlar arasında siqaret çəkənlərin sayı durmadan artır. Qadınların bir çoxu siqareti əyləncə üçün deyil, arıqlamaq, forma saxlamaq üçün çəkir.

Çünki, siqaretin tərkibindəki bəzi maddələr insan orqanizmindəki piyləri əridir, iştahsızlıq yaradır. Ona görə də bəzi qadınlar artıq çəkidən qurtulmaq üçün siqaret çəkir.

Terapevt Məlahət Əliyeva Hit.az-a açıqlamasında qeyd edib ki, qadınlar kişilərə nisbətən zərif orqanizmə sahib olduqlarını unutmamalıdırlar. Ona görə bu vərdişlərdən istifadə nəinki xanımlara, eləcə də uşaqlarına böyük zərbə vurmuş olur:

“Siqaretin tərkibi nikotindir və bu, nəinki qadınlara, eləcə də kişilərə böyük ziyan vurur. Siqaret və qəlyan qadın orqanizminə daha ziyanlıdır. Çünki o, kişi orqanizmindən fərqli olaraq incədir. Bu incəliyi nikotinlə zəhərləmək və bunu övlada ötürmək dəhşətdir. Qadın gələcəyin anasıdır. Bu, ikiqat öldürücü təsir edir. Qanında nikotinin miqdarı çox olan qadın hamilə qalarsa, o nikotin uşağın orqanizminə öldürücü təsir göstərir. Körpə ananın qanı vasitəsilə həmin nikotinlə qidalanır. Bu isə körpənin orqanizmində bir sıra fəsadlar yaradır.

Unutmaq lazım deyil ki, siqaret çəkmək qadınların sağlamlığı ilə yanaşı, gözəlliyinə də xələl gətirir. Bir çox siqaret istifadə edən xanımlar qəbulumda olublar və onların sağlamlığında bir sıra problemlər yaranıb. Ağ ciyərləri, bronxları ziyan çəkir. Bununla yanaşı, xarici görünüşlərinə təsir edir, dodaqlarının rəngi dəyişir. Həm sağlamlıq, həm də gözəlliklərinin qeydinə qalmaq üçün xanımlar zərərli vərdişlərdən uzaq durmalıdırlar”.

Sevinc

0