Qızılcaya qarşı vaksin vurulmalıdır? - İnfeksionistdən AÇIQLAMA

14:20 / 30.11.2023
365

Ölkəmizdə qızılcaya yoluxma sayı artmaqda davam edir. 

Yoluxanların artması fonunda isə vaksin məsələsi gündəmə gəlib. Belə ki, son günlərdə vaksin vurulması məsələsi müzakirə olunur. 

Ümumiyyətlə, qızılcaya qarşı vaksin vurulmalıdırmı?

‎İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı Dr. Vasif Əliyev HİT.az-a açıqlamasında bildirib ki, həqiqətən də son günlərdə qızılcaya yoluxma artmaqda davam edir:

338936

"Bu, xüsusilə də orta və yaşlı insanlarda özünü göstərir. Hansı ki, onlar daha əvvəl qızılca xəstəliyi keçirməyən və buna qarşı peyvənd vurdurmayan insanlardır. Ümumiyyətlə, qızılcaya yoluxan insanlarla təmasda olduqda virus çox asanlıqla ötürülə bilir. Qızılca xəstəliyi bu şəkildə də yayılır". 

İnfeksionistin sözlərinə görə, qızılcaya qarşı peyvənd vurulmalıdır:

"Yoluxmanın qarşısını almaq üçün xəstə ilə təmasdan qaçmaq, gigiyenik qaydalara əməl etmək və ara məsafəsi saxlamaq lazımdır. Eyni zamanda, mütləq şəkildə qızılcaya qarşı peyvənd də vurulmalıdır. Bu peyvənd isə iki dozda vurulur".

Pərviz

0