Ölkədən çıxışına qadağa qoyulub-qoyulmasını necə öyrənmək olar?

ÖLKƏ
20:02 / 05.03.2024
232

Ölkədən çıxışına qadağa qoyulub-qoyulmadığını öncədən  necə öyrənmək olar? 

Təəssüf ki, şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə onun telefonuna SMS bildiriş göndərilmir.

Çox zaman insanlar  hansısa vergi borcları, cərimələr, bank borcları səbəbi ilə məhkəməyə verilsələr də, bu barədə məlumatsız olurlar.

Bəzən insanlar bu barədə ən son anda, hava limanından yola düşmək istərkən xəbərdar olurlar. 

Bu həm vaxt itkisinə, həm də maddi ziyana səbəb olur.

Hit.az-ın sualını vəkil Səadət Vəliyeva cavablandırıb.

“Bunu öyrənmək üçün Ədliyyə nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır. Öz şəxsiyyət vəsiqənizin tələb olunan kodlarını daxil etməklə haqqınızda hansısa hüquqi işləm olub- olmamasından məlumat ala bilərsiniz”, deyə vəkil  qeyd edib.

Murad

0