Lazerə gedən kişilərin sayı artıb?

ÖLKƏ
22:46 / 05.03.2024
224

Kişilərin lazer epilyasiyası ilə bağlı elanlar internetdə hər keçən gün daha da artır. 

Kişilər daha çox saqqalın üstü, boyun, ənsə, çiyin və qarın bölgələrinə epilyasiya etdirirlər. 

Üzgüçülər və digər idman növləri ilə məşğul olan kişilər qol və ayaq tükləri üçün də epilyasiyaya müraciət edir.

Lazeroloq Günel Məmmədova Hit.az-a deyib ki, lazer epilyasiyası dəri növünə uyğun seçilməlidir: 

“Bu prosesdə istifadə olunan lazer dalğaları müxtəlifdir. Məsələn, çox vaxt aleksandrit dalğadan istifadə olunur. Bu dalğanın ziyanı daha çoxdur. Aleksandrit dalğanı göz ətrafına tətbiq edərkən eynəkdən istifadə olunmasa, korluğa qədər gətirib çıxara bilər. Hətta sözügedən proses təkcə epilyasiya olan insana yox, epilyasiya edən həkimin və ya kosmetoloqun özünə də ziyan ola bilər. Çünki həmin otaqda güzgü varsa, təsadüfən lazer energetikasının güzgüyə dəyməsi nəticəsində həkimin gözünə də təsir edə bilər. Bu baxımdan eynəkdən istifadə etmək vacibdir və lazer olan otaqda güzgü, şüşə olması məsləhət deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar lazer epilyasiya mərkəzlərinə gələn kişilərin sayı artıb.

Sevinc

0