Tələbələr kiril əlifbası ilə yazılan dərsliklərdən istifadə edir

ÖLKƏ
18:40 / 05.03.2024
187

“Bu gün universitetlərdə dərslik problemi var, bu səbəbdən də köhnə əlifbalı vəsaitlərdən hələ də istifadə olunur”. 

Bu sözləri Hit.az-a Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib. 

O bildirib ki, elə dərs vəsaitləri var ki, ondan hansı dildə yazılmasından asılı olmayaraq yararlanmaq olar:

 “Təbiət və texniki elmlər sahəsində proses köhnə dərsliklərlə idarə edilməməlidir. Bu sahə yenilik tələb edir. Universitetlərdə kiril əlifbası ilə yazılan dərsliklərdən hələ də istifadə olunmasının səbəbi dərslik yazan müəlliflərin sayının az olması ilə bağlıdır. Texniki və təbiət elmləri sahəsində dərslik problemi daha çox yaşanır. Hazırki dövrdə kiril əlifbası ilə yazılan dərsliklərdən istifadə yolverilməzdir. Çünki elm günü-gündən inkişaf edir və sürətlə yenilənir. Ən ciddi dərslik problemi tibb ixtisasları üzrədir. Tibb elmi hər saat dəyişir, xəstəliklərin müalicə üsulları yenilənir. Yeni xəstəliklər, dərmanlar, müalicə üsulları tapılır. Amma Azərbaycan tələbəsi hələ də sovetdənqalma kitablardan istifadə edir”. 

Sevinc

0