Qarşıdakı günlərdə hava yenidən soyuyacaq? - AÇIQLAMA 

ÖLKƏ
10:58 / 06.03.2024
341

Ölkəmizdə qışın son günlərini yaşayırıq. 

Artıq yaza doğru gedirik və baharın gəlişini müjdələyən Novruz çərşənbələrini qeyd edirik. Lakin havanın qarşıdakı günlərdə necə olacağı sualı hər zaman aktuallığını qoruyur. 

Nəzərə alaq ki, ötən ilin mart, aprel və hətta may aylarında hava əvvəlki illərə nisbətən soyuq keçmişdi. Bu da cari ilin həmin dövrlərində də havanın nisbətən soyuq ola biləcəyi ehtimallarının səslənməsinə gətirib çıxarır. 

Görəsən bu ilin sözügedən dövründə havanın necə keçəcəyi proqnozlaşdırılır? 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, hal-hazırda yaşadığımız mart ayı əvvəlki illərdən çox fərqlənmir:

345183

"Həmçinin, qarşıdan gələn aprel və may ayını da çox fərqli təsəvvür etmirəm. Ona görə ki, mən bir əvvəlki ili yox, ən azından keçmiş on ilin müvafiq dövrünü təhlil edərək danışıram. Azərbaycanın yerləşdiyi mülayim subtropik ərazinin xarakteri budur".

Həmsöhbətimiz hazırda el arasında "boz ay" adlandırılan zaman kəsimini yaşadığımızı diqqətə çatdırıb:

"Bir azdan yurdumuza ilkbahar gələcək. Baharda isə anomal soyuqlar nadir olur. Ötən il qışını qismi yağıntılı və normal soyuqlarla keçəcəyini demişdik. Elə də oldu. Önümüzdəki günlərdə isə ölkə ərazisində yağışlar olacaq. İnsanlarımız həyəcansız həyatlarına davam etsinlər".

Pərviz

0