Səki insanlar, yoxsa ağaclar üçündür? - Qəribə təhlükə

ÖLKƏ
19:16 / 06.03.2024
395

Bakı küçələrinin yaşıllaşdırılması gözəldir. Amma..

Amması odur ki,  bizdə qəribə bir tendensiya var. Vur deyəndə öldürürlər. Ağacları kəsmək olmaz deyəndə bunu piyada səkilərinə də aid ediblər.

Piyada səkisində qollu-budaqlı çinarların, diametri 2  metr olan həmişəyaşıl kollarının nə işi var?

Yaşıllığı qorumaq istəyirlərsə, bu ağacları kökündən çıxarıb , başqa bir yerdə əkmək olar.

Ağac insan canından qiymətlidir?

Piyada yolunu ağac kəsdiyi üçün yoldan çıxıb , düşür sürətli avtomobillərin şütüdüyü yola. 

Ağacın hüququ qorunur, sürücü ilə piyadanın hüququ yox?

İnsan şikəst olsa, ölsə bunun cavabdehi kim olur?

Bir ağacı kəsməyin cəriməsi 500 manatdır. Bəs bir ağaca görə ölən insanları niyə düşünən yoxdur?

Dəfələrlə şəhərin müxtəlif küçə və prospektlərində bu şəkildə,  səkini kəsmiş, divar kimi dayanmış ağaclara və bitkilərə rast gəlmişəm.  Ağacı kəsin demirik, çıxarın, başqa yerə köçürün deyirik.

Ekoloq Hüseynbala Heydərovun Hit.az-a verdiyi açıqlamada bildirib ki, Bakı şəhərində yaşıllaşdırma işlərinin inkişaf etdirilməsi sevindirici fakt olsa da, xətalara da yol verilir.

"Bu şəhərin iqliminə uyğun gələn daha ucuz və dözümlü bitkilərlə park və səkilərimizi bəzəmək olar. Xaricdən gətirilən bahalı ağacları yerli bitkilərlə, hətta meyvə ağacları ilə əvəzləmək mümkündür. Bu təcrübə Avropada var. O ki, qaldı piyada səkilərini basan ağaclara, bunu mütləq şəkildə həll etmək lazımdır. Yaşıllaşdırma idarəsi ilə yol nəqliyyat idarəsi ayrı ayrı qurumlardır və bir- birlərinin işinə əngəl törətməməlidirlər”.

Murad

0