Əllərində reseptlə dilənənlər

ÖLKƏ
22:37 / 06.03.2024
239

Son zamanlar əlində dərman resepti ilə "xəstəyəm" deyən “dilənçilərin” insanların sayı artıb.

Əksər hallarda əlində həkim resepti olan belə insanlar özünün və ya ailə üzvünün ağır xəstəlikdən əziyyət çəkdiyini deyir. 

Bu yolla pul qazanmağa çalışır. Birsözlə dilənçiliyin yeni formasıdır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu cür insanlar cəmiyətə özünü necə çarəsiz vəziyyərdə olduğunu göstərmək istəyir. Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxslər etdiyi əmələ görə məsuliyyət daşıyır: 

“Şəhərdə belə mənzərənin artması mənfi haldır. Tədbirlər görülməsi, dilənçilik kimi halların nəzarət altına alınması mütləqdir. Təəssüf ki, bu tip insanlar ya nəqliyyatın sıx olduöu yerlərdə maşınlara yaxınlaşır ya da metro, avtobusda olurlar. Onlar insanların mərhəmətindən istifadə etməyə çalışır”.

Sevinc

0