Uşaqların gec yeriməsinə səbəb

ÖLKƏ
20:10 / 06.03.2024
230

Valideynləri ən çox narahat edən məsələlərdən biri uşaqlarının gec yeriməsi və gec danışmasıdır. 

Bir çox valideyn qeyd edir ki, uşaqları yeriməyə və danışmağa qətiyyən meyl etmirlər. 

Bəzi mütəxəssislərin fikrincə, bu hal daha çox oğlan uşaqlarında müşahidə edilir.

Ekspertlərin bir çoxu hesab edir ki, oğlan uşaqlarında bu kimi hallara daha sıx-sıx rast gəlinməsinin səbəbi çoxdur.

Onlara görə, oğlanlar, qızlardan fərqli olaraq, danışmaqda, yeriməkdə, ünsiyyətdə elə də aktiv deyillər.

Gec yerimə, gec danışma kimi vəziyyətin oğlanlarda daha çox müşahidə edilməsi halları geniş yayılıb.

Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında qeyd edib ki, gec yerimə kimi narahatlıq doğuran halların daha çox oğlan uşaqlarında müşahidə edildiyini demək doğru deyil:

 “Adətən uşaqlar 1 yaşında yeriməlidir, ancaq son vaxtlar uşaqların yaş yarıma qədər yeriməsini gözləmək olar. Uşaqların aybaay fiziki inkişafının parametrləri var. Bu göstəriciləri isə ancaq həkim təyin edir. Məsələn, 9 aylıq uşaq sərbəst durmalıdır, dayanmalıdır. 6 aylıq uşaq sərbəst oturmalı, 7-8 ayında isə iməkləməlidir. Uşaq ayına və yaşına nisbətən geridə qalırsa, artıq valideyn mütəxəssisə müraciət etməlidir".

Sevinc

0