Küçədə piyada mədəniyyəti - Biz niyə beləyik?

ÖLKƏ
14:47 / 07.03.2024
308

Yerə tüpürən, qışqıran, bağıran, başqalarına söz atan şəhər özünəxas mədəniyyət, davranış tərzi tələb edir.

Çox zaman səkilərdə yeriyərkən qarşıdan gələnin sənə yol verməməsi, dar bir  cığırda qarşıda gedən adamın arxadakıları nəzərə almadan nazla, öz keyfi ilə hərəkəti, yollara tüpürən insanlar piyadaların hərəkət qaydalarını pozmurmu sizcə?

Nəqliyyatın hərəkəti müəyyən qayda qanunlarla tənzimlənir, lazım olanda cərimələr yazılır. Amma gündəlik həyatımızda rast gəldiyimiz yüzlərlə insan küçəyə tüpürmək, zibilləmək, səs-küy salmaq kimi hərəkətlərinə görə əsla  məsuliyyətə cəlb olunmurlar. 

Bu məsələni əslində daxili mədəniyyət tənzimləməlidir. O da yoxdursa, deməli ya ictimai qınaq işə düşməlidir, ya da qanunlar. 

Qanunlar əslində var. Sadəcə biz ya bilməzlikdən, ya da onlardan yan keçdiyimizdən  əziyyət çəkirik. 

Qonşuluq mədəniyyətimiz olsa da, küçə mədəniyyəti, küçəni təmiz saxlamaq mədəniyyətimiz yoxdur. Bu başqalarına hörmətsizlik deyilmi?

Eyni qaydada hansısa bir Avropa şəhərində hərəkət edə bilərdik?

Çox deyirik Avropa mədəniyyəti. Çoxları köçüb xaricə getmək istəyir. Cənnəti də cəhənnəmi də biz özümüz yaradırıq özümüzə. Avropaya getməklə deyil, avropalı kimi düşünmək, hərəkət etmək lazımdır.

Onda ölkəmizdən gözəl yer olmaz.Allahın  təbii sərvətlər, gözəl iqlim verdiyi cənnət kimi diyarı düzgün qiymətləndirə bilmirik. Hamısı da düşünmədiyimizə görə

Murad

0