Tələbə ölümlərinin səbəbi…

ÖLKƏ
23:18 / 07.03.2024
293

Son zamanlar vəfat edən tələbələrin sayında artım müşahidə olunur. 

Ötən iki gündə 3 tələbə müxtəlif səbəbdən vəfat edib. 

Tələbələrin erkən yaşda vəfat etməsinə səbəb nədir?

Professor, həkim ekspert Adil Qeybulla Hit.az-a deyib ki, stresli həyat gənclərin erkən yaşda vəfat etməsinə gətirib çıxarır: 

⁷“Hər bir gənc düşünür ki, ali təhsil almalıyam. Ali məktəbə daxil olana qədər stress yaşayır. Daxil olduqdan sonra smestr imtahanları, universitet bitdikdən sonra iş tapmaq çətinlikləri, şəxsi qayğılar gənclərin həddindən artıq yüklənməsinə səbəb olur. Bütün bunlardan xilas olmaq üçün dünya ölkələrinin təcrübəsinə müraciət etməliyik. Qəbul imtahanları ləğv olunmalıdır. Ali məktəblərdə də təhsil kökündən dəyişməlidir”. 

Həkim bildirib ki, immun sistemi həm də düzgün həyat tərzinə bağlıdır. Siqaret, qəlyan kimi zərərli vərdişlər də gənclərin xəstəliyə tutulmasında rol oynayır: 

“Zərərli vərdişlər onkoloji xəstəliklərə yoluxmanı 20 dəfə sürətləndirir”. 

Sevinc

 

0