Zorakılığa məruz qalan qadınlar

ÖLKƏ
21:02 / 07.03.2024
284

Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da qadına qarşı zorakılıq hallarının artdığı müşahidə edilir. 

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a deyib ki, qadına qarşı zorakılıq hər zaman olub: 

“Qadına qarşı zorakılıq dedikdə, ilk başa düşülən qadının döyülməsi olur. Ancaq zorakılıq daha geniş anlayışdır və özündə zorakılığın müxtəlif növ və formalarını birləşdirir. Fiziki şiddətin izi zamanla silinsə də, mənəvi şiddətin izi asan silinmir. Çünki 1-ci bədənə, 2-ci insan ruhuna iz salır. Zorakılığın forması, şiddəti və davametmə müddəti bir qadın ruhunu iflic edir. Qadınlar fiziki zorakılıqla yanaşı, psixoloji, maddi zorakılığa da məruz qalır. Qadın işləmir ancaq onun həyatında olan kişi (ər, qardaş, ata) ona pul vermir. Qadın öz ehtiyaclarını ala bilmir. Beləliklə, qadın basqı altında qalır və çarəsizlikdən kişinin, o ailənin zorakılığına tab gətirir”.

Həmsöhbətimiz bildirib ki, psixoloji zorakılıq ən pisidir: “Bəzi qadınlar psixoloji zorakılığa tab gətirə bilməyib, intihar edir. Ailə üzvləri mütamadi olaraq, ona sözlə işgəncə edir, psixoloji basqıya məruz qoyur. Beləliklə, o şəxsin psixikasında problem yaranır. Bununla yanaşı, zorakılığa məruz qalanlar da az deyil. Zorakılığa məruz qalanlar ya insan alverinin qurbanları olur və erkən yaşda ailələrinin istəyi ailə quranlar”.

Sevinc

0