Kimlər oruc tuta bilər?

ÖLKƏ
15:58 / 11.03.2024
183

Orucluq hər bir müsəlman üçün vacib olan dini tələblərdəndir. Ona görə də Ramazan ayı girəndən etibarən minlərlə insan oruc tutmağa başlayır.

Ancaq nəzərə almaq lazımdır ki, indi dünyada müxtəlif növ infeksiya xəstəliklər yayılıb.

Professor, tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.-az-a  açıqlamasında deyib ki, orucluq insanın öz nəfsinə nəzarət prosesidir. 

Bu prosesdə söhbət təkcə qidalanma rejimindən yox, öz nəfsinə, instinktlərinə nəzarətdən gedir:

“İnsan orucluq vaxtı pəhriz rejiminə keçir və bir müddət əvvəlki qida rejimindən imtina edir. İmsak və iftar vaxtlarında qida tədricən qəbul edilməlidir. İlk olaraq,  maye ilə başlanmalıdır. Oruc ibadəti zamanı riskli qruplardan biri də şəkərli diabeti olan insanlardır.Şəkərli diabet xəstələri, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz. Əgər oruc tutmaq şəxsin səhhətinə ziyan vermirsə və sağlamlıq baxımından ciddi bir problem yoxdursa, o zaman oruc tuta bilər. Ciddi xəstəliyi olan şəxslərə oruc tutmaq fərz deyil. Belə adamlar xəstəlikləri, infeksiyaları nəzərə alaraq, daha çox orqanizmlərini gücləndirmək haqqında düşünməlidirlər. Orucu o adam tutur ki, özünü ona hazır sayır”.

Sevinc

0