Uşaqlar neçə yaşında oruc tutmalıdır?

ÖLKƏ
20:00 / 13.03.2024
323

Ramazan ayında uşaqların oruc tutmasını istəyən ailələr az deyil.

Bəzi valideynlər istəməklə kifayətlənməyib, uşaqları təxminən 16-17 saat boyunca ac-susuz qalmağa təhrik edirlər. 

Bəzən könüllü, bəzən də məcbur şəkildə azyaşlıların oruc tutması nə dərəcədər doğrudur?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, ölkəmizdə də həddi-buluğa çatma yaşı var. Qızlar 12, oğlanlar 14 yaşdan oruc tuta bilər: 

“Oruc tutmaq istəyi və buna bənzər böyükləri yamsılama hissləri ailələri ilə eyni hissləri paylaşaraq tez böyüyüb ailə üzvlərinin yaşadığı həyəcana ortaq olma duyğusu ilə əlaqəlidir. Ancaq uşağı oruc tutsun deyə təhrik etmək düzgün deyil. Oruc tutan şəxs bunu ürəkdən istəməlidir, buna hazır olmalıdır. Neçə yaşında olmağında asılı olmayaraq , insan buna hazır deyilsə onu məcbur etmək düzgün deyil”.

Sevinc

0