Ermənilər 15 yeməyimizi oğurlayıb öz adlarına çıxdılar

ÖLKƏ
19:50 / 14.03.2024
503

Məşhur “Taste Atlas” ( beynəlxalq səviyyədə tanınır)  yemək jurnalı Ermənistanın ən çox sevilən 15 yeməyinin siyahısını paylaşıb. Maraqlıdır ki, guya erməniləşdirilmiş adlarla verilən həmin yeməklərin hamısı Türkiyə və Azərbaycan mətbəxinin yeməkləridir. Hit.az-ın xəbərinə görə, siyahıya aşağıdakı yeməklərin adları daxil edilib.

1. Mantı
2. Lavaş
3. Lamadjo (Lahmacun)
4. Sujux (Sucuq)
5. Lula kebab (Lülə kabab)
6. Matnakaş və ya Çöereg (Çörək)
7. Qata (Kətə)
8. Jinqalov qatasi (Göyərtili kətə)
9. Çeçil (Saçaqlı pendir)
10. Kufta (Küftə)
11. Çanax (Çanaq pendiri)
12. Yalançi tolma (Yalançı dolma)
13. Qapama (Qapama plov)
14. Xanum budu (Xanım budu)
15. Basturma (Basdırma)

Mənfur qonşumuz illərdir maddi, mənəvi irsimizi oğurlayıb onu dünyaya öz adıya təqdim etməklə məşğuldur. Bu qayda ilə milli rəqslərimizi, mahnılarımızı da özəlləşdiriblər. Hətta bu yaxınlarda Üzeyri Hacıbəyovun “O olmasın bu olsun” operettasında Məşədi İbadın mahnısını da öz bəstəkar mahnıları kimi təqdim etməyə utanmadılar. İlk baxışda zərərsiz, oğurluq kimi görünsə də zaman keçdikcə və indiki nəsli yeni nəsil əvəz elədikcə adı çəkilən milli irs tarixdə erməni irsi kimi qalacaq və tarix kitablarına salınacaq. İllər öncə dolma, plov kimi yeməklərimizin sertifikatlaşdırılması öz müsbət nəticəsini verdi.

Dama- dama göl olar. Bu məsələyə əlaqədar qurumlar fikir bildirməli, maddi mənəvi sərvətlərimizin oğurlanmasına göz yummamalıdır. Düzdür, qonşu özündə olmayanı bizdə var ki oğurlayır. Bizim mədəniyyətimiz zəngin,  tariximiz qədimdir. Amma, oğurlayandan sonra bunu mən yaratmışam deyib dünyaya car çəkirsə, bu yolverilməzdir.

Murad

1