İstirahət mərkəzlərində səslənən yüksək musiqilərin ətrafa verdiyi narahatlıq

ÖLKƏ
19:57 / 18.03.2024
255

Əksər kafe, restoran, istirahət mərkəzlərində yüksək səslə musiqi səsləndirilir.

Bu da istər-istəməz həmin ərazidə yaşayan sakinləri narahat edir.

Tibb üzrə ekspert Adil Qeybulla Hit.az-a  deyib ki, nəinki kafe və restoranlarda səslənən, hətta qulaqcıqla dinlədiyimiz musiqinin belə, həddən artıq olması insanın sinir sisteminə təsir göstərir:

 "İaşə obyektlərində səslənən yüksək templi musiqilər insanların həm əhval-ruhiyyəsinə pis təsir edir, həm də onların istirahətini pozur. Həmin kafe və restoranlar nəzərə almalıdır ki, ətrafda məişət problemləri olan, depressiyada, qəm-qüssədə olan adamlar da var ki, bu davranış onlara daha da mənfi təsir edə və qıcıqlandıra bilər. Belə hallar həmçinin, eşitmə qabiliyyətinin itirilməsi, qan təzyiqinin yüksəlməsi, yuxu pozğunluğu və diqqətsizlik kimi fəsadlar yaradır. Uzun müddət yüksək səslə musiqiyə qulaq asdıqda insanda xroniki karlıq da əmələ gələ bilər. Ona görə də musiqinin səslənmə diapazonu mütləq tənzimlənməlidir”.

Sevinc

 

0