Oruc tutmağın faydaları

ÖLKƏ
19:21 / 29.03.2024
264

Ramazanda tutulan oruc mənəvi sağlamlığa yol açdığı kimi bədən üçün də faydaları var.

Ramazanda yeməyin miqdarının azalmasının qara ciyər, piylənmə kimi xəstəliklərə tutulanlar üçün faydası var.

Orucluq zamanı mədə-bağırsaq sistemi istirahət edir.

Həkim ekspert Mətanət Əliyeva Hit.az-a deyib ki, oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur. Insan elə yaradılıb ki, bədəndə yeməyə ehtiyac əmələ gələndə və o olmayanda orqanizm daha çox ehtiyac duyulan maddələri həzm etməyə başlayır. Beləliklə, depolanmış piylər, toksinlər zərərsizləşdirilir. Bu yolla insan revmatizm, ilkin mərhələdə olan şəkər xəstəliyi, piylənmə, miqren və s. kimi xəstəliklərdən qurtulur: 

“Oruc tutmaq, xolesterol mübadiləsini də yaxşılaşdırdığı üçün ürək-damar sağlamlığına da müsbət təsir edir. Bundan əlavə, iftar və sahurda düzgün qidalardan istifadə etmək şərti ilə arıqlamağı asanlaşdırdığı, insulin müqavimətini artırdığı, yüksək triqliserid səviyyəsini normal vəziyyətə gətirdiyi üçün ürək-damar sağlamlığına müsbət təsir göstərir”.

Sevinc

 

0